Bosniya və Herseqovina Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçisi Robert Prosineçkinin istefasını qəbul etməyib.
İdmanxeber.az xəbər verir ki, bu barədə federasiyanın İcraiyyə Komitəsi qərar verib.
onun müqaviləsi bitənədək – 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək vəzifəsində qalacağı açıqlanıb.
Milimizin sabiq çalışdırıcısı da rəhbərliyin bu qərarına hörmətlə yanaşdığını və işinə davam edəcəyini bildirib.
Qeyd edək ki, Robert Prosineçki sentyabrın 8-də Avro-2020-nin seçmə mərhələsində səfərdə Ermənistana 2:4 uduzduqları oyundan sonra istefa vermişdi.