“Vulverhempton”un vingeri Pablo Sarabia İngiltərə çempionatında oynamaqdan məmnun olduğunu bildirib.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu PSJ-dən ayrıldığı üçün peşman olmadığını da qeyd edib. O, yanvarda Paris klubundan Premyer Liqa təmsilçisinə keçməsini belə şərh edib:
“İngiltərəyə köçməyimdən çox məmnunam. Hər şey mənə uyğundu – klub, məşqçi, komanda yoldaşlarım. Az oynadığım üçün üçün PSJ-dən ayrılmağın vaxtı idi. Karyeranızın ən yaxşı illərini ehtiyat oyunçular skamyasında keçirmək ayıbdır”.
Sarabia bu mövsüm Premyer Liqada 12 oyuna çıxıb, 1 qol vurub.