Dünyadan

PSJ daha bir ulduzu gətirdi

Ötənillərin məşhur futbolçusu Luiş Fiqu PSJ-nin idman direktoru vəzifəsinə təyinat ala bilər.Belə ki, Paris klubunda bu postu “Milan”ın keçmiş braziliyalı ulduzu və çalışdırıcısı Leanardo tuturdu. Bir neçə gün əvvəl Leanardo transfer pəncərəsinin bitməsindən sonra komandadan gedəcəyini bildirmişdi. Amma klub prezdenti Əl-Həlifi transfer dönəminin bitməsini gözləmədən “sambaçı”nı buraxmağı lazım bilib.

Fransa mediasının yaydığı xəbərə görə, Fiqu ilə danışıqlar artıq yekunlaşıb və o yaxın günlərdə Fransaya köçəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43