PSJ-nin hücumçusu Lionel Messi yayda klubu tərk edəcək.
İdmanxeber.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb. Bildirilir ki, Paris klubu argentinalı ilə müqavilə yeniləməyəcək. Rəhbərlik növbəti mövsümdən daha çox gənc futbolçulara üstünlük verməyi düşünür.
Messinin isə növbəti mövsümdən “Barselona”da çıxış edəcəyi bildirilib. Onun PSJ ilə hazırkı sözləşməsi mövsüm sonu başa çatır.
Xəbərdə Fransa klubunun ulduz oyunçunu yayda təzminatsız buraxmağa razı olduğu vurğulanıb.