Keylor Navas millidəki karyerasını başa vurub.
İdmanxeber.az-ın məlumatına görə, o, Kostra Rika yığması ilə vidalaşıb. 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabından paylaşım edib. Navas həyatının ən möhtəşəm illərini millidə yaşadığını bildirib.
Keylor Navas 2008-ci ildən çıxış etdiyi Kosta-Rika millisində 112 oyun keçirib. O, PSJ-nin qapısını qoruyur.