Ölkə futbolu

“Qəbələ” onları razı sala bildi

Növbəti mövsüm I Liqada mübarizə aparacaq “Qəbələ”də əsas hədəf gənc yerli futbolçuları komandada saxlamaqdı.

“Qırmızı-qaralar”da son turlarda çıxışları ilə diqqətləri üzərinə çəkən Eşqin Əhmədov, İbrahim Ramazanov və Şahin Şəhniyarov artıq bir neçə Premyer Liqa klublarının diqqətindədi.

Ancaq rəhbərlik adıçəkilən oyunçuları buraxmaq niyyətində deyil. Bölgə klubu hər üç futbolçunu da komandada saxlayaraq, növbəti mövsüm Premyer Liqaya yüksəlmək niyyətindədi.

Eşqin Əhmədovla Şahin Şəhniyarovun klubla müqaviləsi davam etsə də, İbrahim Ramazanovun sözləşməsi mövsüm sonu bitir.

Ancaq rəhbərlik gənc müdafiəçi ilə müqavilə yeniləyərək, onu heyətdə saxlayacaq.

İdmanxeber.az / Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43