Marko Asensio “Real”dan ayrılıb.
İdmanxeber.az “The Atletic”ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu PSJ ilə anlaşıb. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. Paris klubu İspaniya millisinin də şərəfini qoruyan yarımmüdafiəçiyə illik 10 milyon avro maaş verəcək.
Yarımmüdafiəçi 2015-ci ildən “Real”da çıxış edir.