15 İyul 2026
Ölkə futbolu

Azərbaycan klubu yenidən nigeriyalı futbolçunu hədəfə aldı

“Kəpəz”in futbolçusu Ahmed Ayzaya sabiq klubu “Zirə”yə dönə bilər.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubunun aparıcı siması yenidən “Zirə”nin məşqçilər korpusunun diqqətini cəlb edib. “Qartallar” nigeriyalı futbolçunun xidmətində maraqlı olsa da, onu geri qaytarmaq məsələsində tələsməməyə çalışır. Yarımmüdafiəçinin özü də sabiq klubuna qayıtmağa müsbət yanaşır.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2022-ci ilin fevral ayında “Zirə”yə transfer olunmuş və cəmi 4 ay sonra komandadan ayrılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43