PSJ qapıçı Canluici Donnarummaya əvəzləyici axtarır.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Luis Enrike italiyalının çıxışından razı qalmadığı üçün qapıçı mövqeyini gücləndirmək istəyir. Parislilərin prioritet hədəfi “Lill”in futbolçusu Lük Şevalyerdir.
Xatırladaq ki, PSJ-də rusiyalı qapıçı Matvey Safonov da çıxış edir.
Donnarumma bu mövsüm 25 oyun keçirib və 24 qol buraxıb.