Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, püşkdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da rəqibi bilinib.
Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda özündən nisbətən zəif rəqiblərlə mübarizə aparacağı öncədən bəlli idi. Bakı vaxtı ilə saat 16:30-da bşlayan püşkatmada Ağdam klubunun rəqibi Albaniya çempionu “Partizani” olub.
Çempionlar Liqası
I təsnifat mərhələsi
“Nomme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya)
“Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)
“Ararat” (Ermənistan) – AIK (İsveç)
“Astana” (Qazaxıstan) – “ÇFR Kluj” (Rumıniya)
“Lüdoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarstan)
“Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)
Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.