21 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ” 28 turda 21 futbolçudan istifadə etdi

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümündə “Qəbələ”nin heyətində 21 futbolçu meydana çıxıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, baş tutan 28 turda yalnız Ülvi İsgəndərov bütün matçlarda iştirak edib. O, çempionatın bütün iştirakçıları arasında 28 oyun keçirən üç futbolçudan biridir.

Üç oyunçu – İsnik Alimi, Məqsəd İsayev və Rövlan Muradov yalnız bir oyunu buraxıb. 27 görüşə çıxan üç futbolçudan ikisi bu qarşılaşmaları əvəzolunmadan keçirib. Çempionat ərzində hamıdan çox – 2430 dəqiqə meydanda olan üç futbolçudan ikisi “Qəbələ”nin üzvləridir. Bunlar İsniklə Məqsəddir.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin güvəndiyi 21 futbolçudan 14-ü matçların yarısından çoxunda şans qazanıb. “Qırmızı-qaralar” mövsüm ərzində iki qapıçıya güvənib.

​“Qəbələ”nin vurduğu 38 qola 14 oyunçu imza atıb. İsnik Alimi hamıdan çox – 8 dəfə fərqlənib. Ülvi İsgəndərovla Rafael Utziqin hərəsinin aktivində 6 top var. Rövlan Muradov isə üç qola sevinib. 5 futbolçu hərəyə iki, 5 oyunçu isə bir dəfə rəqib qapısına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43