21 Dekabr 2024
Ölkə futbolu

“Qəbələ” rəhbərliyi ilkə imza atdı – məşqçilər sevindi

“Qəbələ” rəhbərliyi Emil Səfərov transferindən aşağı yaş qrupu məşqçilərinə də pay verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu futbolçunun satışından alınan məbləğdən 35 min manat akademiyaya ayırıb. Oyunçunun yetişməsində əməyi olan məşqçilərin hər biri 1000-1300 manat məbləğində mükafat alıb.

Bu, “Qəbələ” tarixində ilk dəfə baş verib. Rəhbərlik bundan sonra klubun yetirmələrinin satışından məşqçilər heyətinə də pay verəcək.

Xatırladaq ki, Emil Səfərov yayda “Qəbələ”dən “Neftçi”yə transfer olunub. Bölgə klubunun bu satışdan 350 min manat qazandığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43