Ölkə futbolu

“Qəbələ” Santosu itirdi

“Qəbələ” “Sabah”la oyuna itki ilə çıxacaq.

Klubdan idmanxeber.az verilən məlumata görə, ötən tur Gəncədə “Kəpəz” görüşündən öncə zədələnən Asif Məmmədovla Strijakın durumu yaxşıdır. Həmin qarşılaşma məcburi əvəzlənən Ramon Maçadonun vəziyyətinə isə bu gün aydınlıq gələcək.

“Qırmızı-qaralar”da üzücü xəbər Felipe Santosla bağlıdır. Belə ki, futbolçu cəzalı olduğu üçün “Sabah” oyununu buraxmalı olacaq.

“Qəbələ” – “Sabah” matçı fevralın 1-də, saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43