Premyer Liqanın 23-cü turu çərçivəsində “Qəbələ” öz meydanında “Sumqayıt”ı qonaq edəcək.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, komanda bu oyuna 3 itki ilə çıxacaq. “Qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov cəzalı durumda olduğu üçün bu oyunu buraxacaq. Fernan Lopes və Yaovi Akakpo isə zədəli olduğu üçün sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, aprelin 15-də keçiriləcək matç saat 17:00-da başlayacaq.