“Qəbələ”nin futbolçusu Ceyms Adeniyi Azərbaycan kubokunun finalında “Sumqayıt”la oyunu buraxacaq.
İdmanxeber.az-ın xəbərinə görə, bu barədə klubun baş məşqçisi Sənan Qurbanov məlumat verib. O, xəstə olduğu üçün nigeriyalı oyunçunun bu qarşılaşmada iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək final görüşü sabah saat 17:00-da başlayacaq.