Kateqoriyasız

“Qəbələ”də iki debüt

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz”la oyunu “Qəbələ”nin iki futbolçusu üçün debütlə əlamətdar olub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Rauf Rüstəmli və Ramon Maçado ilk dəfə “qırmızı-qaralar”ın heyətində rəsmi matça çıxıb. Bununla da klub tarixində forma geyinən futbolçuların ümumi sayı 271-ə çatıb. Onlardan 252-si Premyer Liqada şans qazanıb.

Rauf “Qəbələ”nin heyətində Premyer Liqada 19 yaşadək debüt edən 18-ci oyunçudur. 18 yaş 9 ay 7 günlüyündə meydana çıxan yarımmüdafiəçiyədək 17 oyunçu belə gənc yaşında çempionat həyəcanı yaşayıb. Rekord Elnur Mustafazadəyə məxsusdur – 16 yaş 7 ay 25 gün. Nuran Qurbanov (17 yaş 6 ay 19 gün) və Roman Hüseynov (17 yaş 7 ay 19 gün) da ən gənc üç oyunçu sırasında yer alıb. Rauf bu sıralamada 16-cıdır.

Ramon isə klub tarixində 17-ci braziliyalı legionerdir. “Sambaçılar” arasında rekord Dodoya məxsusdur – 161 oyun. Rafael Santos 104, Rikardinyo 69 dəfə “Qəbələ” forması geyinib.

Xatırladaq ki, “Qəbələ” mövsümə 2:0 hesablı qələbə ilə başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43