Kateqoriyasız

Azərbaycandan İslamiadada növbəti medal

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.

İdmanxeber.az xəbər verir ki, 49 kq-da çıxış edən taekvondoçu Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43