Premyer Liqanın yeni mövsümünə uğurla start verən “Qəbələ”də məyusedici məqam iki futbolçusu – Yaovi Akakpo və Rüfət Əhmədov uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, Akakpo üçün mövsümün başa çatdığını demək də olar. “Qırmızı-qaralar”ın digər gənc üzvü Rüfət Əhmədov isə əməliyyat olunmaq üçün Almaniyaya gedəcək. O, sentyabrın 29-da adıçəkilən ölkədə əməliyyat olunacaq.
Rüfətin də mövsümü erkən bitirdiyi bildirilir.