22 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin “Dinamo” ilə səfər matçı finlərə tapşırıldı

Avropa  Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Gürcüstan) – “Qəbələ” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçın baş hakimi Finlandiya Futbol Federasiyasından Petri Viliyanen olacaq. Ona həmyerliləri Riku Vihreavuri və Mika Lamppu köməklik edəcək. Dördüncü hakim funksiyasını Dennis Antamo yerinə yetirəcək.

Qeyd edək ki,  avqustun 1-i Tiflisə keçiriləcək “Dinamo”  – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda “Qəbələ” 0:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43