Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ””la cavab oyunundan sonra “Qəbələ”nin futbolçusu Elvin Camalovun keçirilən halı pisləşib.
Idmanxeber.az-ın məlumatına görə, görüşün ikinci hissəsinin əvvəllərində Lalavele Atakora ilə əvəzlənən futbolçu dərhal xəstəxanaya aparılıb. Futbolçunun durumu ciddi olmasa da, ona xəstəxanada yardım göstərilib.
Qeyd edək ki, “Qəbələ” cavab görüşündə “Qarabağ”a məğlub olsa da, iki oyunun nəticəsinə görə mərhələ adlayıb.