19 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”nin hücumçusu “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”nin yetirməsi olan Sənan Ağalarov mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu komandamızda icarə əsasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43