18 Yanvar 2025
Ölkə futbolu

“Qəbələ”nin kapitanı cəzalandırıldı

AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Urfan Abbasovun cəzasını açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqanın XXXIV turunda “Turan Tovuz”la keçirilən oyunda ikinci sarı vərəqə alaraq meydandan qovulan “qırmızı-qaralar”ın kapitanı bir matçlıq diskvalifikasiyaya məruz qalıb.

Onun hərəkəti bölgə təmsilçisinə 200 manatlıq cərimə bahasına başa gəlib.

“Sabah”la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Sumqayıt” isə 800 manat məbləğində cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43