Dünya futbolu

Danimarkalı “Real”ın hədəfində

“Atalanta”nın futbolçusu Rasmus Hoylund mövsüm sonu komandafdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı oyunçu bir sıra klubların maraq dairəsindədi. Onlardan biri də “Yuventus”dur.

Turin təmsilçisi danimarkalı forvardla yaxından maraqlanır. Bununla yanaşı, “Real” Hoylundu Karim Benzemanın alternatifi kimi görür.

Klublar mövsüm sonunda A Seriyası təmsilçisi ilə danışıqlara başlayacaq.

20 yaşlı hücumçu cari mövsüm “Atalanta” ilə 33 oyunda 14 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43