“Qəbələ” Futbol Akedemiyasının rəhbərliyi və bir neçə məşqçisi Hollandiyanın “Feyenoord” klubunun düşərgəsinə yollanıblar.
İdmanxeber.az-ın xəbərinə görə, onlar bir həftə müddətində həmkarları ilə təcrübə mübadiləsi aparacaqlar.
“Qəbələ”nin nümayəndələri arasında klub rəsmilərindən Səbuhi Qarayev, Nail Kərimov, məşqçilərdən Halim Fıçıcı da yer alıblar.