İdman

“Qələbə qazanacağımızı hiss etmişdik” – “Sabah”ın oyunçusu

“Sərhədçi” çox güclü klubdur. Bizim üzərimizdə psixoloji üstünlüyə malik idilər. Ümumiyyətlə, çempionatda ilk “5-lik”də yer alan komandalarla oynamaq asan deyil”.

Bu sözləri idmanxeber.az saytına basketbol üzrə “Sabah” komandasının oyunçusu Rüstəm Əliyev “Sərhədçi” üzərindəki qələbədən (100:92) danışarkən deyib. O, daha sonra belə davam edib:

“Sadəcə, ruh yüksəkliyi oyunu udmaqda çox kömək edir. Onların bizə qarşı uğurlu seriyaları var idi. Gözləyirdilər ki, bizə qalib gələcəklər. Ötən dəfə də demişdim, artıq güclü müdafiəmiz var. Başa-baş oyun getdi. Sonlarda super atışlarla görüş əlavə vaxtlara apara bildik. Bunu bacaranda artıq qələbə qazana biləcəyimizi hiss etmişdik. Çünki rəqibin güclü oyunçularının aktivində 4 foul var idi.

Yuxarı pillələrdəki komandalarla oynamaq çətindir. Ona görə də bu görüşlərdə əsas ruh yüksəkliyi və psixoloji hazırlıqdır. Bunların öhdəsindən kim gələcəksə, onlar da qalib olacaq. Ümid edirəm ki, çempion biz olacağıq”.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43