Dünya futbolu

“Qətərə və Səudiyyə Ərəbistanına getmərəm” – Noyer

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya klubu ilə müqaviləsini başa vurduqdan sonra karyerasını harada davam etdirə biləcəyindən danışıb. 

İdmanxeber.az-ın məlumatına görə, təcrübəl qolkiper gələcəyi ilə bağlı bunları deyib:

“Mənə həmişə klublardan təkliflər gəlirdi. Amma atmosferə və heyətə görə “Bavariya”nın mənim üçün ən yaxşı yer olduğunu bilirəm. Səudiyyə Ərəbistanına və ya Qətərə getmərəm. Baxmayaraq ki, MLS bir seçim olardı. Bu barədə orada çıxış edən Bastian Şvaynştaygerlə danışdım. Ancaq diqqətlə düşünmək lazımdır. Həm də ona görə ki, onlar süni örtüklü meydançada çox oynayırlar. Bu da qapıçı üçün ideal deyil”.

2023/24 mövsümündə Noyer bütün yarışlarda 33 matçda iştirak edib və 43 qol buraxıb. 11 görüşdə qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43