Kateqoriyasız

Qətərdə keçiriləcək dünya çempionatının başlanması təxirə salınıb

Beynəlxalq Futbol Federasiyası (FİFA) rəsmi saytında Qətərdə keçiriləcək dünya çempionatının başlamasının təxirə salındığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, FİFA açılış mərasiminin noyabrın 21-dən noyabrın 20-nə təxirə salınması barədə qərar qəbul edib. Açılış matçında Qətər yığması 20 noyabr bazar günü saat 19:00-da Ekvador ilə oynayacaq.

Seneqal – Niderland matçı da noyabrın 21-i, bazar ertəsi saat 13:00-dan 19:00-a dəyişdirilib.

2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43