Kateqoriyasız

“Daha çox qol vurmalı idik” – “Rapid”in futbolçusu

“Matçın penaltilərə qalmasını istəmirdik. O zaman şanslar bərabər olacaqdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Rapid”in futbolçusu erdi Druyif Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Çətin oyun alındı. Daha çox qol vurmalı idik. Çətin, uzun yol idi. Həm də mənim üçün çox yaxşı geridönüş oldu”.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə “Neftçi” 2:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43