Kateqoriyasız

“Komandada lazımi inam yox idi” – “Ferensvaroş”un qapıçısı

“Onların təzyiqi ucbatından topa sahib olmaq və hücum qurmaq üçün vaxtımız olmadı. Bizi təzyiq altında saxladılar ki, bu da səhvlərə yol verməyimizə səbəb oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlub olan  “Ferensvaroş”un qapıçısı Denes Dibuş Macarıstan mətbuatına deyib. O, daha sonra belə davam edib:

“Rəqib matça gərgin pressinqlə başladı. Bu da səhvlərə yol verməyimizə səbəb oldu. İlk oyunda “Qarabağ”ın taktikası qismən uğurlu və təsirli görünsə də, cavab matçında daha yaxşı işlədi. Əvvəlki görüşlərdəki kimi hücuma keçəcəyini düşünürdük. Əks-hücumlara hazırlaşmışdıq. 1-2 real imkan yaratdıq. Bəxt bizim tərəfimizdə olsaydı, birinci hissədə hesabı bərabərləşdirə bilərdik. Amma bütövlükdə matçı nəzərə alsaq, daha yaxşı olan komanda irəlilədi.

Lazımı inam yox idi. İlk saniyələrdən topu rəqibə atdıq. Bu cür başlanğıc mənim üçün həmişə xəbərdarlıq əlamətidir. “Qarabağ”ı dərhal təzyiq altında saxlamalıydıq. Qarşılaşmanın hər iki hissəsinə istədiyimiz kimi başlamadıq.

Zəif müdafiə olunurduq. Üçüncü qolla bağlı şikayətlənəcək bir şey yoxdur. “Qarabağ” hücumu gözəl qurdu, futbolçularını saxlaya bilmədik. Rəqibə çoxlu boşluqlar vermək də məni narahat edirdi.  “Qarabağ”ın futbolçuları daha dinamik göründülər. Rəqibimiz çox yaxşı, hər kəsin nə etdiyini bildiyi sistemdə oynadı”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43