Avropa Liqasının 1/16 finalında keçiriləcək “Qalatasaray” – “Benfika” ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Matçın baş hakimi İspaniya Futbol Federasiyasından Jesus Qil Manzano olacaq. Ona Roberto Alonso və Dieqo Barbero Sevilya kömək edəcək. Dördüncü hakim funksiyasını Jue Yuste yerinə yetirəcək.
Qeyd edək ki, “Qalatasaray” – “Benfika” görüşü fevralın 14-ü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.