Fatih Terimin istəyi ilə “Qalatasaray”a gətirilən gənc futbolçu Olcay Çağlayan komandadan ayrılır. 17 yaşlı futbolçu “Qaziantepspor”la 3 illik razılığa gəlib.
Gələcəyin ulduzu hesab olunan hücumçu “Qalatasaray”a “Bursaspor”dan gəlmişdi. O, “timsahlar”ın əvəzedici heyətində iki mövsümə 70 qol vurmuşdu.