“Qalatasaray” “Rizəspor”un üzvü Vedat Muriqini heyətinə qatmaqda israrlıdı.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılı”lar Rizə təmsilçisinin kosovalı hücumçusuna 3 milyon avro təklif edib. Ancaq Fransanın “Tuluza” klubunun da, təcrübəli forvardı heyətinə qatmaq üçün 3 milyon avro təklif etməsinin ardından “cim-bom” bu rəqəmi 3.5 milyona qaldırıb.
“Qalatasaray” rəhbərliyi kosovalı hücumçu üçün ən çox 3.5 milyon avrosundan keçəyini bildirib və “Rizəspor”dan gələcək cavabı gözləyir.