Kateqoriyasız

“Azərbaycanda xal itirən komandanın hədəfə çatması çətinləşəcək”

Slovakiya yığmasının müdafiəçisi Peter Pekarik deyib ölkəsinin mətbuatına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək görüşü dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu standart vəziyyətlərin onların xeyrinə olacağını ümid edir:

“Azərbaycanla oyunda standart vəziyyətlər bizim əsas silahımız ola bilər. Çox rəqiblə qarşılaşmışıq və hava toplarından qollar vurmuşuq. Azərbaycanın Macarıstanla oyununu da izlədik. Macarlar matçın əvvəllərində hesabı açdı və fasilədən dərhal sonra fərqi 2 topa çatdırdı. Bu, bizim üçün də ideal ssenari olardı.

Bakıdan qələbə ilə dönmək çox vacibdi. Baş məşqçi Pavel Hapalın sözlərini təkrarlamaq istəyirəm: Azərbaycanda xal itirən komandanın hədəfə çatması çətinləşəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43