Türkiyə superliqasının 6-cı turunun mərkəzi qarşılaşması “Qalatasaray” – “Fənərbaxça” matçının hakimlərinin adına aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, oktyabrın 18-də Bakı vaxtı ilə saat 21:00-da “Türk Telekom Arena” keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” matçı Cüneyt Çakıra həvalə edilib. Yan xətt hakimləri Ona Bahattin Duran və Tarık Ongun, dördüncü referi isə Alpaslan Dedeş olacaq.