Dünyadan

“Qalatasaray” futbolçusunu Çinə satır

Çindən “Qalatasaray”ın futbolçusu Lukas Podolskiyə rəsmi təklif gəlib.

İdmanxeber.com-un məlumatına görə, Burak Yılmazın çıxış etdiyi “Pekin Quoan” alman futbolçunu heyətinə qatmaq istəyir.

Məlumata görə, Çin klubu 32 yaşlı ulduz üçün 7 milyon avro təklif edib. “Qalatasaray”ın təklifi qəbul etdiyi və Podolskinin yerinə təcrübəli futbolçu axtarışına başladığı bildirilir. Transferin yanvarın 20-dək bitəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43