“Qalatasaray” heyətini hücumçu ilə gücləndirir.
İdmanxeber.az-ın məlumatına görə, “Cim-Bom” “Başakşeher”in forvardı Mövlut Erdinci sıralarına cəlb edir. Futbolçu hazırkı komandasına getmək istədiyini bildirib və son danışıqlar yaxın günlərdə yekunlaşacaq.
32 yaşlı forvard ötən mövsüm meydana çıxdığı 24 oyunda 12 qol vurub.