23 Dekabr 2024
Dünya futbolu

“Qalatasaray” onunla yolları ayırdı – Rəsmi

“Qalatasaray” qapıçısı İsmail Çipe ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı qolkiper birinci liqa təmsilçisi “Boluspor”la anlaşıb. Bolu klubunun mətbuat xidmətindən bildirilib ki, Çipe ilə 1,5 illik müqavilə imzalanıb.

12 ildir “sarı-qırmızılar”da olan qapıçı bu müddət ərzində icarə əsasında bir neçə komandada çıxış edib.

“Boluspor” Türkiyə birinci liqasında 34 xalla 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43