Çempionlar Liqasında II tura start verilib. A, B, C və D qruplarında 8 görüş baş tutub.
Günün ən maraqla gözlənilən matçı Londonda “Tottenhem”lə “Bavariya” arasında keçirilib. Bu həm də ən bol qollu qarşılaşma olub. “Bavariya” səfərdə rəqibini 7:2 hesabı ilə darmadağın edib.
Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” isə doğma meydanda PSJ-ni qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
1 oktyabr
A qrupu
20:55. “Real” (İspaniya) – “Brügge” (Belçika) – 2:2
Qollar: Ramos, 55, Kazemiro, 85 – Dennis, 9, 39
Qırmızı vərəqə: Vormer, 85 (“Brügge”)
23:00. “Qalatasaray” (Türkiyə) – PSJ (Fransa) – 0:1
Qol: İkardi, 52
B qrupu
23:00. “Srvena Zvezda” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) – 3:1
Qollar: Vuliç, 63, Milunoviç, 87, Boakye, 90 – Semedo, 37
Qırmızı vərəqə: Benzia, 58 (“Olimpiakos”)
23:00. “Tottenhem” (İngiltərə) – “Bavariya” (Almaniya) – 2:7
Qollar: Son, 12, Keyn, 61 (pen.) – Kimmix, 15, Levandovski, 45, 87, Qnabri, 53, 55, 83, 88
C qrupu
20:55. “Atalanta” (İtaliya) – “Şaxtyor” (Ukrayna) – 1:1
Qollar: Sapata, 28 – Moraeş, 41
Qaçırılan penalti: İliçiç, 16 (“Atalanta”)
23:00. “Mançester Siti” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0
Qollar: Sterlinq, 66, Foden, 90+5
D qrupu
23:00. “Yuventus” (İtaliya) – “Bayer” (Almaniya) – 3:0
Qollar: İquain, 17, Bernardeski, 62, Ronaldo, 90
23:00. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya) – 0:2
Qollar: Feliş, 48, Tomas, 58