Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Olcan Adın qış "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.
Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, onun xidmətində "Qalatasaray" klubu maraqlıdır.
Transfer olunduğu gündən bəri Trabzon təmsilçisinin aparıcı üzvünə çevrilən Olcanın "Cim-Bom"la müqavilə imzalamağa yaxın olduğu bildirilir.
Digər xəbərə görə isə "Qalatasaray" futbolçu üçün 4 milyon avrosundan keçməyə hazırdır.
Qeyd edək ki, Olcan Adın "Trabzonspor"a "Qaziantepspor"dan transfer olunmuşdu.