Mövsüm başlayanda etibarən Türkiyənin “Qalatasaray” klubunda işlər yolunda getmir.
Komandanın daxili nizam-intizamında ciddi problemlər var. “Cim-Bom”lu futbolçuların son dönəmlər qalmaqallarla gündəmə gəldiyindən də yəqin ki, xəbəriniz var.
Bu yaxınlarda komanda da yenə qalmaqal yaşanıb. Belə ki, iki aparıcı futbolçu- Bruma və Engin Baytar arasında məşqdə mübahisə yaranıb. Bu azmış kimi əsəblərini cilovlaya bilməyən futbolçular məşq bitdikdən sonra yumruq-təpik davasına çıxıblar. Deyilənə görə, Bruma Enginə 3 yumruq atıb. Davanın daha da qızışdığını görən digər futbolçular onları sakitləşdirməyə müvəffəq olub. Klub rəhbərliyi hadisəni mediadan gizli saxlamağa çalışsa da, bu, baş tutmayıb.