“Qalatasaray”ın hücumçusu Yohan Elmander yeni klubu “Norviç”lə münasibətlərini rəsmiləşdirib.
Bu barədə ingilis klubu məlumat yayıb.
Belə ki, isveçli futbolçu mövsüm sonuna qədər icarə əsasında “Norviç”in şərəfini qoruyacaq.
Qeyd edək ki, 32 yaşlı hücumçu 2011-ci ildə İngiltərənin “Bolton” klubundan “Qalatasaray”a transfer olunmuşdu.