Bu gün Azərbaycan birinci divizionunun növbəti turu çərçivəsində keçirilən “Neftçala” – “Qaradağ Lökbatan” matçında qalmaqal baş verib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, birincilərin qələbəsi ilə başa çatan oyunun sonları futbolçuların əlbəyaxa davası ilə yadda qalıb.
Buna səbəb “Neftçala”nın 1 dəqiqəyə vurduğu iki qol olub. Belə ki, 1:0 hesabı ilə öndə olan “Qaradağ” matçın sonlarına yaxın qapısında iki qol görüb. Bundan sonra isə aləm bir-birinə dəyib. Futbolçular, məşqçilər, hətta klub rəsmiləri belə davada iştirak edib.