Dünyadan

Qanalı cadugər: “Ronaldonun mundialda oynamasına imkan verməyəcəm”

Portuqaliya Futbol Federasiyası Ronaldonun əzələsində və dizaltı bağlarında promlemin olduğunu bəyan edib.

İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçu DÇ-2014 öncəsi heç cür zədəsini sağalda bilməyən Ronaldonun bu duruma düşməsinin səbəbkarı Qanada yaşayan Nana Kvaku Bonsa adında məşhur cadugərdi. 

Belə ki, Qana millisi ilə eyni qrupda yer alan Portuqaliya millisinin bu ölkəyə qarşı matçda Ronaldosuz oynaması üçün Nana Kvaku Bonsa əlindən gələni edir. Cadugər fevral ayında Ronaldonun mundiala getməməsi üçün, ən azından Qanaya qarşı oynamaması üçün əlindən gələni edəcəyini demişdi.

Maraqlıdır ki, ulduz futbolçu mundiala getsə də, heç cür zədədən qurtula bilmir.

Cadugər isə Ronaldonun sağalmaması üçün əlindən gələni etdiyini deyib: "Ronaldonun zədəsinin haradan yarandığını bilirəm, bunun üzərində çalışıram. Ötən həftə 4 it gətizdirmişəm ki, ona cadu edim.

4 ay bundan əvvəl demişdim ki, Kriştianonun mundiala getməsinə imkan verməyəcəm. Onun zədəsini heç bir həkim sağalda bilməyəcək. Onlar bunun səbəbini belə tapmayacaqlar. Bu gün Ronaldonun dizi ağrıyır, sabah başqa yerində problem yaranacaq, daha sonra başqa yerində. Nəzərə alın ki, tam ciddiyəm".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43