Kateqoriyasız

“Qarabağ” – “Aberdin” oyununa nə qədər bilet satılıb?

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində sabah keçiriləcək “Qarabağ” – “Aberdin” matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə İdmanxeber.az-a bildirib ki, sözügedən matç üçün bu saata qədər 4500 bilet satılıb. Bilet satışı davam edir və oyun saatına kimi bu rəqəmin 10 mindən çox olması gözlənilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43