Premyer Liqanın XX turu çərçivəsində öz meydanında “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” bu matç öncəsi ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda AZAL-la matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.
Bununla da, Almeyda 20-ci turda evdə “Xəzər Lənkəran”a keçiriləcək oyunu buraxmaq məcburiyyətində qalacaq.