21 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” Rumıniya klubu ilə sülhə razılaşdı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununu keçirəcək.

İdmanxeber.az.az-ın məlumatına görə, Ağdam klubu “Səbail”in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Krayova” (Rumıniya) ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.

25 iyun

Yoxlama oyunu

20:00. “Qarabağ” – “Krayova” 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43