16 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazandı- YENİLƏNİB

Bu gün Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, turnirdəki təmsilçimiz "Qarabağ" Ukraynada "Dnepr"in qonağı olacaq.

İlk iki matçda bir xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin “Olimpiya” stadionundan xal və ya xallarla geri dönmək niyyətindədi.

Libor Kovarjikin rəhbərlik etdiyi çexiyalı hakimlər briqadasının idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Avropa Liqası

F qrupu

23 oktyabr

00:05. “Dnepr” (Ukrayna) – “QARABAĞ” (Azərbaycan) 0:1

Qol: Muarem Muarem, 26

Baş hakim: Libor Kovarjik

Baş hakimin köməkçiləri: Kristof Menkl, Yan Patak

Əlavə hakim köməkçiləri: Radek Priqoda, Yan Jilek

Dördüncü hakim: Petr Blaje (hamısı Çexiya)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Hakim-inspektor: Stefan Ormanciyev (Bolqarıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43