“Qarabağ” Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub.
İdmanxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə qərar ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilmiş Baş Assambleyasında qəbul olunub.
İclasda Ağdam təmsilçisi 20 yeni üzvdən biri olub. Bununla da ECA üzvlərinin sayı 220-yə çatıb. Onlardan 106-sı fövqəladə, 114-ü assosiativ statusa malikdir. 2015 – 2017-ci illəri əhatə edəcək üzvlük dövründə Azərbaycanın ECA-da 4 təmsilçisi olacaq. “Qarabağ” fövqəladə, “Neftçi”, “Xəzər Lənkəran” və AZAL assosiativ üzvlərdir. Bunadək fövqəladə üzv statusu “Neftçi”yə məxsus olub. “Qarabağ” flaqmandan bu statusu almaqla yanaşı, üzvlükdən çıxan “Bakı”nı əvəzləyib.
“Skenderbeu” (Albaniya), “Qarabağ” (AZƏRBAYCAN), “Riyeka” (Xorvatiya), “Apollon” (Limassol, Kipr), “Esbyerq” (Danimarka), “Midtyülland” (Danimarka), “Sent-Etyen” (Fransa), “Hannover 96” (Almaniya), “Asteras” (Tripolis, Yunanıstan), “Jalgiris” (Vilnüs, Litva), “Şkëndiya” (Tetovo, Makedoniya), “Vitess” (Hollandiya), “Strömsqodset” (Norveç), “Rux” (Xojuv, Polşa), “Şlask” (Vrotslav, Polşa), “Astra” (Curcu, Rumıniya), “Panduri” (Tarqu Jiu, Rumıniya), “Tre Penne” (San-Marino), “Trençin” (Slovakiya), AIK (İsveç).
Toplantıda həm də qurumun rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri seçilib:
Sədrin III müavini: Yevgeni Giner (MOİK Moskva, Rusiya)