Premyer Liqa

“Qarabağ” “Bakı”nı darmadağın etdi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunun son iki oyunu keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, tura paytaxtdakı Respublika stadionunda yekun vurulacaq.

Günün ilk qarşılaşması Qəbələdə keçiriləcək. Burada yerli klub "Neftçi"ni qonaq edəcək. Hər iki komandanın ikinci dövrədə itirdiyi xallar yetərincə çox olduqundan bu matçın maraqlı keçəcəyini düşünmək olar. Çünki hər iki komanda çempionluq yarışından qopmamaq üçün bu oyunda 3 xal üçün savaşacaqlar.

Turun sonuncu qarşılaşması isə Tofiq Bəhrəmov adına Respublika stadionunda, "Qarabağ" – "Bakı" arasında keçiriləcək. Hər iki komandanın uğurlu seriyası olduqundan hansı klubun məyus olacağı maraqlıdı. 

9 mart (bazar)

13:00. “Qəbələ” – “Neftçi” 1:2
Qol: 
Bahodir Nəsimov, 29, 64, Lorenzo Ebesilio, 72

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elşən Acalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

18:00. “Qarabağ” – “Bakı” 4:0
Qol: 
Çumbinyo, 17, Reynaldo, 28, 42, Leroy Corc, 67

Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Nahid Əliyev, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43