Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, UEFA iştirakçıları 5-i səpələnmiş, 5-i səpələnməmiş olmaqla 10 komandalı qruplara bölüb.
Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:
“Valetta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan).
I təsnifat mərhələsinin püşkü sabah saat 14:30-da atılacaq.